Knessetin sədr müavini: "Fələstin-İsrail münaqişəsinin yeganə mümkün həlli iki dövlət prinsipinə əsaslanır"

Knessetin sədr müavini: "Fələstin-İsrail münaqişəsinin yeganə mümkün həlli iki dövlət prinsipinə əsaslanır" "Bu, asan deyil, amma mümkündür"
Digər ölkələr
22 Sentyabr , 2016 16:50
Knessetin sədr müavini: Fələstin-İsrail münaqişəsinin yeganə mümkün həlli iki dövlət prinsipinə əsaslanır

Qüds. 22 sentyabr. REPORT.AZ/ "Fələstin-İsrail münaqişəsinin yeganə mümkün həlli iki dövlət prinsipinə əsaslanır".

"Report" xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərlə görüşdə İsrail Knessetinin sədr müavinin Hilik Bar deyib.

Parlament üzvü deyib ki, bu prinsipə alternativ olan tək ölkə prinsipi uğursuz variantdır: "Belə olan halda İsrail dövlətində yəhudilərin əksəriyyətinin düşüncəsini əhatə edən sionizm arzusu yox olacaq. Buna görə də fələstinlilərin öz dövlətinin olmasını istəyirik. Hətta Baş nazir Benyamin Netanyahu da bunu anlayır və iki dövlət prinsipini dəstəkləyir. Bu, asan deyil, amma mümkündür".

Bu prinsipin həyata keçirilməsi yolunda dayanan maneələrdən danışan Knessetin sədr müavini bildirib ki, fələstinli qaçqınların məsələsi və fələstinlilərin İsrail dövlətini tanımağı qəbul etməməsi bu cür məsələlərdəndir.

Onun sözlərinə görə, İsrail güzəştə getməyə hazırdırsa, qarşı tərəfdən də güzəşt olmalıdır. 

H.Bar bu baxımdan İsrailin Qüdsün statusu məsələsində güzəştə getməyə hazır olduğunu söyləyib: "Şəhərdə 17 məhəllə var. Bəzi məhəllələri fələstinlilərə güzəştə getməyə hazırıq. Onlar sonradan bu ərazini gələcək Fələstin dövlətinin paytaxtı elan edə bilərlər. Amma müqəddəs yerləri verə biləcəyimizi düşünmürəm. Çünki İsrail onların təhlükəsizliyini təmin edə biləcək yeganə gücdür".

İordan çayının Qərb sahilində yerləşən İsrail məskənlərinin vəziyyəti barədə danışan H.Bar vurğulayıb ki, İsrailin əhalisinin 20%-ni ərəblər təşkil edir və gələcək Fələstin dövlətinin əhalisinin 20%-ni də yəhudilər təşkil edə bilər və beləcə həmyerlilərimiz başqa dövlətdə olsa belə, öz doğma torpaqlarında yaşaya bilər.

Son xəbərlər

Orphus sistemi