Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2016-ci ildə keçiriləcək prezident seçkilərində iştirakı məsələsinə bu həftə aydınlıq gətirəcək.
"Report"un RBK agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə H. Klintona yaxın bir neçə mənbə xəbər verib. Müvafiq açıqlama böyük ehtimalla aprelin 12-də səslənəcək.
Bildirilir ki, sabiq dövlət katibi seçki marafonuna sosial şəbəkələr vasitəsi ilə başlayacaq.
Xatırladaq ki, 2008-ci ildə də prezidentlik iddiasında olan H.Klinton, ABŞ Demokrat Partiyasının daxilində keçirilən səsvermə nəticəsində Barak Obamaya məğlub olmuşdu.