Klintonlar ailəsi 8 il ərzində 44 milyon dollar vergi ödəyib

Klintonlar ailəsi 8 il ərzində 44 milyon dollar vergi ödəyib Hillari və Bill Klintonlar 2007-2014-cü illər ərzində azı 130 milyon dollar qazanıblar
Digər ölkələr
1 Avqust , 2015 06:57
Klintonlar ailəsi 8 il ərzində 44 milyon dollar vergi ödəyib

Bakı. 1 avqust. REPORT.AZ/ Hillari və Bill Klintonlar 2007-2014-cü illər ərzində azı 130 milyon dollar qazanıblar.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 2016-cı seçkilərində demokratların prezidentliyə namizədi olan Hillari Klintonun seçki qərargahının məlumatına əsasən, sözü gedən səkkiz il ərzində Klintonlar ailəsinin üzvləri dövlət büdcəsinə 44 milyon dollara yaxın vergi köçürüblər.

Həmçinin bildirilir ki, Klintonlar qazanclarının 15 milyon dollarını xeyriyyəçilik məqsədlərinə yönəldiblər.

Son xəbərlər

Orphus sistemi