Klinton və Sanders Nyu Yorkda praymerizdən əvvəl sərt müzakirələr aparıb

Klinton və Sanders Nyu Yorkda praymerizdən əvvəl sərt müzakirələr aparıb Namizədlər bir-birini haqsız davranışlarda və səlahiyyətsizlikdə ittiham edib
Digər ölkələr
15 Aprel , 2016 13:18
Klinton və Sanders Nyu Yorkda praymerizdən əvvəl sərt müzakirələr aparıb

Bakı. 15 aprel. REPORT.AZ/ Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa iddia edən Hillari Klinton və Berni Sanders Nyu Yorkdakı aprelin 19-da baş tutacaq ilkin seçimlərdən (praymerizdən) əvvəl son debatlarını keçirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, müzakirələr son dərəcə emosional alınıb. Hətta namizədlər bir-birini haqsız davranışlarda və səlahiyyətsizlikdə ittiham edib.

B.Sanders H.Klintonun təcrübəsinə və etibarlılığına şübhə etdiyini bildirib. Nümunə kimi o, sabiq dövlət katibinin İraqdakı müharibəni və azad ticarət müqavilələrini dəstəkləməsini göstərib.

Sanders Klintonu "ədalətsiz siyasi və iqtisadi sistemin bir hissəsi" adlandıraraq onun Uol stritdəki banklarda qonorar qarşılığında qapalı məruzələrlə çıxış etdiyini xatırladıb.

H.Klinton isə bunların cavabında Sandersi əsas təkliflərini, məsələn böyük bankların şöbələri barədə ideyasını reallaşdırmağa hazır olmamaqla ittiham edib. Həmçinin Klinton Sandersin kollec və universitetlərdə təhsil almağa pulsuz imkanın olması fikrini qeyri-real adlandırıb və onun xarici siyasət məsələləri üzrə biliklərinə şübhə etdiyini deyib.

Sanders Klintonu şist nefti və qazının hasilatı texnologiyaların yayılmasına yardım etməkdə ittiham edib. Xanım diplomat isə bunu ölkələrin xarici enerji mənbələrindən, o cümlədən Rusiyadan asılılığını azaltmaq üçün etdiyini izah edib.

Qeyd edək ki, bu, Demokratlar Partiyasının namizədlərini son beş həftədə ilk debatı olub. Hələlik seçki kampaniyasında kiçik bir fərqlə Klinton liderlik edir: onun tərəfdarlarının sayı 1758 nümayəndə təşkil edirsə, Sandersdə bu göstərici 1069-dur. Demokratlar Partiyasının vahid namizədi olmaq üçün ilkin seçimlərdə namizəd 2383 səs toplamalıdır.

Son xəbərlər

Orphus sistemi