Bakı. 15 iyun. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton ölkə paytaxtı Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsində keçirilən ilkin sekilərdə qalib gəlmək üzrədir.
"Report" xəbər verir ki, bu proqnozla aparıcı Amerika KİV-ləri çıxış ediblər.
Xüsusilə, CNN telekanalının məlumatına görə, sabiq birinci xanım seçki bülletenlərinin 61%-nin hesablanmasından sonra səslərin 78,8%-ni toplamaqdadır.
Onun rəqibi senator Berni Sanders isə səslərin 21%-ni toplayır. Klintonun qələbə qazandığını NBC və Fox News kanalları da qeyd edir.