​Klinton: "Qüdrətli qüvvələrin bizi parçalamaq təhlükəsi var"

​Klinton: "Qüdrətli qüvvələrin bizi parçalamaq təhlükəsi var" O, ABŞ üçün həqiqət anının gəldiyini hesab edir
Digər ölkələr
29 İyul , 2016 07:04
​Klinton: Qüdrətli qüvvələrin bizi parçalamaq təhlükəsi var

Bakı. 29 iyul. REPORT.AZ/ ABŞ prezidentliyinə namizəd Hillari Klinton hesab edir ki, ölkə üçün həqiqət anı gəlib çatıb və onun qarşısında duran təhlükələrə qarşı mübarizə aparmaq lazımdır.

"Report" xəbər verir ki, bu barədə o, Demokratlar Partiyasının qurultayında çıxışı zamanı bildirib.

"Amerika üçün yenidən həqiqət anı yetişib. Qüdrətli qüvvələrin bizi hissələrə parçalamaq təhlükəsi var. Etimad və hörmət nazilmək üzrədir", — deyə o bildirib.

"Biz ölkənin nə ilə üz-üzə dayandığını aydın görürük. Və biz qorxmuruq. Biz həmişə olduğu kimi təhlükə qarşısında ayağa dururuq", — deyə o əlavə edib.

Klinton təhlükənin həm daxildən, həm də xaricdən ən müxtəlif xarakterlərdə olduğu bildirib.

Son xəbərlər

Orphus sistemi