​Klinton prezident seçiləcəyi təqdirdə iqtisadiyyatın bərpasını həyat yoldaşına tapşıracaq

​Klinton prezident seçiləcəyi təqdirdə iqtisadiyyatın bərpasını həyat yoldaşına tapşıracaq Hillari Klinton: "Mənim ərim bunu necə etmək lazım olduğunu bilir"
Digər ölkələr
16 May , 2016 07:11
​Klinton prezident seçiləcəyi təqdirdə iqtisadiyyatın bərpasını həyat yoldaşına tapşıracaq

Bakı. 16 may. REPORT.AZ/ Demokratlar partiyasından ABŞ prezidentliyinə daha çox ehtimal edilən namizəd Hillari Klinton bəyan edib ki, gələcək seçkilərdə qalib olacağı təqdirdə Amerika iqtisadiyyatının bərpasını həyat yoldaşı Bill Klintona həvalə edəcək.

"Report" "ABC News" telekanalına istinadən xəbər verir ki, bunu o, seçkiqabağı kampaniya çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Mənim iqtisadiyyatı bərpa etməyi tapşıracağım ərim, bunu necə etmək lazım olduğunu bilir", — deyə Klinton qeyd edib.

Onun sözlərinə görə, xüsusilə Klintonun bilikləri kömür hasilatı rayonlarında (ölkənin şərq hissəsində), şəhərlərdə milli azlıqların yaşadıqları yerlərdə və "ölkənin diqqət yetirilməyən digər yerlərində lazım olacaq.

Son xəbərlər

Orphus sistemi