Kiyevi meşə yanğınlarının tüstüsü bürüyüb

Kiyevi meşə yanğınlarının tüstüsü bürüyüb Şəhər icra hakimiyyəti əhaliyə uşaqları məktəb və bağçalara göndərməməyi məsləhət görüb
Digər ölkələr
4 Sentyabr , 2015 04:18
Kiyevi meşə yanğınlarının tüstüsü bürüyüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Kiyev vilayətinin bir neçə rayonunda başlanmış meşə yanğınlarından əmələ gələn tüstü Ukrayna paytaxtını örtüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, vəziyyət o həddə çatıb ki, şəhər icra hakimiyyəti əhaliyə uşaqları məktəb və bağçalara göndərməməyi məsləhət görüb.

Kiyev sakinlərinə pəncərələri möhkəm bağlamaq və mümkün qədər küçəyə çıxmamaq tövsiyə olunub. Küçəyə çıxarkən isə nəm dəsmalla nəfəs orqanlarını tutmaq tapşırılıb.

Son məlumatlara görə Kiyevin bəzi rayonlarında havada tüstünün konsentrasiya norması 10 dəfə və daha çox artıb.

Son xəbərlər

Orphus sistemi