Bakı. 21 oktyabr. REPORT.AZ/ Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları iki ölkə vətəndaşını həbs edib. Həmin şəxslər insan orqanlarını çıxararaq satan beynəlxalq cinayətkar qruplaşmanın fəaliyyətində şübhəli bilinirlər. "Report"un xəbərinə görə, bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.
"Mütəşəkkil cinayətkar qruplaşma Ukraynanın kənd yerlərindən aztəminatlı insanları potensial donor kimi ələ alıb və onları orqanların transplantasiyası üzrə qanunsuz əməliyyatlar üçün Asiya və Latın Amerikası ölkələrinə göndəriblər. 2010-2014-cü illər ərzində onlar bu məqsədlə Ukrayna, Azərbaycan, Ermənistan, Litva və Rusiyadan 50-dən çox vətəndaşı xaricə göndəriblər" - deyə, məlumatda qeyd olunub.
Məhkəmə onların təqsirini sübuta yetirərsə cinayətkarları 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.