Kiyev vilayətində qrip epidemiyasına görə fövqəladə vəziyyət rejimi tətbiq edilib

Kiyev vilayətində qrip epidemiyasına görə fövqəladə vəziyyət rejimi tətbiq edilib Ukraynada qrip və onun fəsadlarından ölənlərin sayı artıq 171 nəfərə çatıb
Digər ölkələr
2 Fevral , 2016 11:21
Kiyev vilayətində qrip epidemiyasına görə fövqəladə vəziyyət rejimi tətbiq edilib

Bakı. 2 fevral. REPORT.AZ/ Ukraynanın Kiyev vilayətində qripə və kəskin respirator virus infeksiyasına yoluxma hallarının sayı epidemiya həddini keçdiyinə görə fövqəladə vəziyyət rejimi tətbiq edilib. "Report" xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat verib.

Məlumata görə, vilayətin bəzi rayonlarında xəstəliyə yoluxma hallarının sayının qəfil artması fövqəladə vəziyyət tətbiq edilməsini zəruri edib.

Administrasiyanın rəhbərinin müavini Lev Partsxaladze epidemik vəziyyətin fövqəladə təhlükəli olduğunu və buna görə kütləvi tədbirlərin sayının azaldılmasına, xəstəxana və laboratoriyaları dərman və dezinfeksiyaedici vasitələrlə təchiz edilməsinə, eləcə də ilkin tibbi yardım mərkəzləri üçün əlavə avtonəqliyyat vasitələrinin ayrılmasına qərar verildiyini diqqətə çatdırıb.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə qrip və onun fəsadlarından ölənlərin sayı artıq 171 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi