Kişinyovda hakimiyyətə qarşı növbəti etiraz aksiyası keçiriləcək

Kişinyovda hakimiyyətə qarşı növbəti etiraz aksiyası keçiriləcək Aksiyada 50 min insanın iştirakı gözlənilir
Digər ölkələr
27 Sentyabr , 2015 10:35
Kişinyovda hakimiyyətə qarşı növbəti etiraz aksiyası keçiriləcək

Bakı. 27 sentyabr. REPORT.AZ/ Moldovanın paytaxtı Kişinyovda bu gün hakimiyyətə qarşı növbəti etiraz aksiyası keçiriləcək.

"Report" RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, mitinq parlament binasının qarşısındaki meydanda təşkil olunacaq.

DA vətəndaş platforması ("Demnitate si adevar" - "Ləyaqət və ədalət") tərəfindən təşkil olunan aksiyada 50 min insanın iştirakı gözlənilir.

Etirazçıların hakimiyyətə qarşı irəli sürdükləri tələblər arasında prezidentin, hökumət və baş prokurorun istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi, korrupsiya ilə mübarizə yer alır.

Son xəbərlər

Orphus sistemi