​Kişinyovda gecə mitinqi başa çatıb

​Kişinyovda gecə mitinqi başa çatıb Etirazçıların əksəriyyəti meydanı tərk edib
Digər ölkələr
8 Sentyabr , 2015 05:59
​Kişinyovda gecə mitinqi başa çatıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Kişinyovun mərkəzində keçirilən gecə mitinqi başa çatıb.

"Report" xəbər verir ki, etirazçıların əksəriyyəti meydanı tərk edib, yerdə qalanlar isə "çadır şəhərciyi"nə yerləşiblər.

DA (Demnitate si adevar - "Ləyaqət və Həqiqət - red.) vətəndaş platformasının iştirakçıları gecə Moldovanın hökumət binası qarşısında mitinq keçiriblər.

Meydana ölkənin hər yerindən bir neçə min adam toplaşıb. Sözügedən mitinq bazar günü Moldovada başlayan etiraz aksiyasının bir hissəsidir.

Etirazçıların hakimiyyətə qarşı irəli sürdükləri tələblər arasında prezidentin, hökumət və baş prokurorun istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi, korrupsiya ilə mübarizə yer alır.

Son xəbərlər

Orphus sistemi