​Kiprdə Rusiya hərbi bazası yaradıla bilər

​Kiprdə Rusiya hərbi bazası yaradıla bilər Hərbi əməkdaşlıq haqqında sənəd fevralın 25-də Moskvada imzalanacaq
Digər ölkələr
8 Fevral , 2015 21:00
​Kiprdə Rusiya hərbi bazası yaradıla bilər

Bakı. 8 fevral. REPORT.AZ/ Kipr Rusiyaya ərazisində hərbi obyektlər yerləşdirməyi təklif edəcək.

“Report” xəbər verir ki, bu barədə Kipr Respublikasının prezidenti Nikos Anastasiadis məlumat verib.

Onun sözlərinə görə, iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sənəd prezidentin fevralın 25-də Moskvaya səfəri zamanı imzalanacaq.

“Köhnə (müdfiə) saziş var, onu həminki qaydada yeniləmək lazımdır. Eyni zamanda bizim digər ölkələr, məsələn, Fransa və Almaniya ilə etdiyimiz kimi bəzi əlavə meydançalar veriləcək”, — deyə Anastasiadis əlavə edib.

Gözlənilir ki, Rusiya təyyarələrinin yerləşdirilməsi nəzərdə tutulan hərbi hava bazası Akrotiri rayonu ərazisində Britaniya Hərbi Hava Qüvvələri bazasından 40 km. aralıda yerləşəcək.

Son xəbərlər

Orphus sistemi