Bakı. 29 mart. REPORT.AZ/ "Kiprin Larnaka şəhərinin hava limanında yerə enən Misir təyyarəsinin qaçırılması terrorla bağlı deyil".
"Report" "Reuetrs"ə istinadən xəbər verir ki, bunu Kipr prezidenti Nikos Anastasiadis deyib.
"Burada terrorla bağlı heç nə yoxdur. Hər şey həmişə qadınla bağlı olur", - deyə prezident bildirib.
Daha əvvəl təyyarəni qaçıran misirli İbrahim Samahanın şəxsi motivlərin ola biləcəyi deyilirdi. Belə ki, o, Kipr hüquq-mühafizə orqanlarından kiprli sabiq həyat yoldaşı ilə görüşməyi tələb etmişdi. Polis artıq Marina Parasxu adlı qadını tapıb, onu aeroporta gətirirlər.