​Kilis şəhərində mərmi partlayışı nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb

​Kilis şəhərində mərmi partlayışı nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb Şəhər bu gün səhər saatlarına atəşə tutulub
Digər ölkələr
24 Aprel , 2016 19:42
​Kilis şəhərində mərmi partlayışı nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Bakı. 24 aprel. REPORT.AZ/Suriya ərazisindən atılan iki qumbaraatan mərmisinin Kilis şəhərində məscidə düşməsi nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə yerli vaxtla saat 18:10-da baş verib. İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazidən atılmış mərminin düşdüyü məscid şəhər qubernatorunun dəftərxanasının 100 metrliyində yerləşir.

Qeyd edək ki, Kilis şəhəri bu gün səhər saatlarına da atəşə tutulub. Şəhərə düşən mərmi partlayışları nəticəsində ümumilikdə 16 nəfər xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.  

Son xəbərlər

Orphus sistemi