​KİV: Yaraqlılar Suriyada 300-dən artıq dinc sakini qaçırıb

​KİV: Yaraqlılar Suriyada 300-dən artıq dinc sakini qaçırıb Girovların arasında çox sayda uşaqlar da var
Digər ölkələr
6 Aprel , 2015 16:20
​KİV: Yaraqlılar Suriyada 300-dən artıq dinc sakini qaçırıb

Bakı. 6 aprel. REPORT.AZ/ "Ən-Nusra" cəbhəsi terror qruplaşmasının yaraqlıları Suriyanın şimal-qərbindəki İdlib şəhərində 300 dinc sakini girov götürüb. 

"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, Livanın "əl-Məyadin" telekanalı xəbər verir ki, terrorçular insanları əl-Dana yaşayış məntəqəsindən qaçırıb. Telekanalın məlumatına əsasən, girovların arasında çox sayda uşaqlar var.

100 min əhalisi olan İdlib şəhəri martın 28-də "ən-Nusra" cəbhəsi terror qruplaşması tərəfindən ələ keçirilib və Rakkadan sonra terrorçuların nəzarətinə keçən ikinci şəhər olub.  

Son xəbərlər

Orphus sistemi