​KİV: "Vurulan "Su-24" təyyarəsinin ikinci pilotu Suriya hərbçiləri tərəfindən təxliyə edilib"

​KİV: "Vurulan "Su-24" təyyarəsinin ikinci pilotu Suriya hərbçiləri tərəfindən təxliyə edilib" Pilot ilə əlaqə altı saat davam edən axtarışlardan sonra bərpa olunub
Digər ölkələr
25 Noyabr , 2015 08:13
​KİV: Vurulan Su-24 təyyarəsinin ikinci pilotu Suriya hərbçiləri tərəfindən təxliyə edilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus "Su-24" bombardımançı təyyarəsinin ikinci pilotu Suriya hərbçiləri tərəfindən təxliyə edilib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" nəşri yazıb.

Qeyd olunur ki, pilot ilə əlaqə altı saat davam edən axtarışlardan sonra bərpa olunub. Suriya xüsusi təyinatlıları təyyarəçini yaraqlıların arxa cəbhəsindən iki saata çıxarıblar. Hazırda o, Rusiyanın Xmeymim aviabazasında təhlükəsiz şəraitdədir.

Məlumatla bağlı hələ ki, rəsmi təsdiq yoxdur.

Son xəbərlər

Orphus sistemi