​KİV: Üsamə bin Ladenin oğlu bəzi şəhərlərə hücum etməyə çağırır

​KİV: Üsamə bin Ladenin oğlu bəzi şəhərlərə hücum etməyə çağırır Hücumların hədəfi kimi London, Vaşinqton, Paris və Tel-Əviv şəhərləri təklif olunur
Digər ölkələr
15 Avqust , 2015 10:18
​KİV: Üsamə bin Ladenin oğlu bəzi şəhərlərə hücum etməyə çağırır

Bakı. 15 avqust. REPORT.AZ/ "Əl-Qaidə" terrorçu təşkilatı "twitter" səhifəsində Üsam bin Ladenin oğlu Həmzəyə məxsus olduğu ehtimal edilən audioyazını yerləşdirib.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti yazır.

Audioyazıdakı kişi səsi ABŞ və onun müttəfiqlərinə qarşı cihada çağırır, hücumların hədəfi kimi isə London, Vaşinqton, Paris və Tel-Əviv şəhərləri təklif olunur.

Ehtimal olunur ki, hazırda Həmzə bin Ladenin 23 və ya 24 yaşı var, əvvəllər isə o, cihadçıların adından çıxışlar etməyib. 

Son xəbərlər

Orphus sistemi