​KİV: “Suriyada “Nüsra Cəbhəsi” terror qruplaşması liderlərindən biri öldürülüb”

​KİV: “Suriyada “Nüsra Cəbhəsi” terror qruplaşması liderlərindən biri öldürülüb” Əbu Süleyman əl-Məsri Hələb yaxınlığında zərərsizləşdirilib
Digər ölkələr
24 Oktyabr , 2015 21:45
​KİV: “Suriyada “Nüsra Cəbhəsi” terror qruplaşması liderlərindən biri öldürülüb”

Bakı. 24 oktyabr. REPORT.AZ/ “Nüsra Cəbhəsi” (“Əl-Qaidə”nin Suriyadakı filialı) terror qruplaşmasının liderlərindən biri Əbu Süleyman əl-Məsri Suriyanın şimalında öldürülüb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü Londonun “Daily Mail” qəzeti yazıb.

Nəşrin məlumatına görə, “Cəbhat ən-Nüsra” rəhbərin öldüyünü təsdiq edib.

İlkin məlumata görə, terrorçu Suriyanın Hələb şəhəri yaxınlığında zərərsizləşdirilib. Onun hansı şəraitdə və necə öldürüldüyü müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi