KİV: Rusiya və ABŞ Əsədin getməsi barədə razılığa gəlib

KİV: Rusiya və ABŞ Əsədin getməsi barədə razılığa gəlib "Əl-Həyat": "Söhbət Suriya prezidenti Bəşşar Əsədin başqa ölkəyə köçməsi şərtiylə istefasından gedir"
Digər ölkələr
31 Mart , 2016 13:36
KİV: Rusiya və ABŞ Əsədin getməsi barədə razılığa gəlib

Bakı. 31 mart. REPORT.AZ/ Rusiya və ABŞ Suriyadakı vəziyyətin siyasi həlliylə bağlı razılığa gəlib. Bu razılaşmaya Suriya prezidenti Bəşşar Əsədin başqa ölkəyə köçməsi şərtiylə istefası da daxildir.

"Report" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Əl-Həyat" qəzeti məlumat yayıb.

"Söhbət Suriya prezidenti Bəşşar Əsədin başqa ölkəyə köçməsi şərtiylə istefasından gedir", - deyə mənbə nəşrə açıqlamasında bildirib. Amma o, B.Əsədin istefasının zaman çərçivəsini və bu prosesin detalları barədə heç bir məlumat verməyib.

"Əl-Həyat"ın həmsöhbəti Rusiya və ABŞ-ın diplomatik kanallar vasitəsilə ortaq məxrəcə gəldiyini qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-inə müsahibəsində bu informasiyanı təkzib edib: "Rusiya Suriya da daxil olmaqla üçüncü ölkələrin öz müqəddəratlarının təyini məsələsini nə diplomatik, nə də başqa kanallarla müzakirə etmir".

Son xəbərlər

Orphus sistemi