KİV: ​Pakistan taliblərin Əfqanıstan hökuməti ilə məxfi danışıqlarını təşkil edib

KİV: ​Pakistan taliblərin Əfqanıstan hökuməti ilə məxfi danışıqlarını təşkil edib Mayın 19-20-də keçirilən görüşdə həmçinin Çin nümayəndələri də iştirak edib
Digər ölkələr
25 May , 2015 09:44
KİV: ​Pakistan taliblərin Əfqanıstan hökuməti ilə məxfi danışıqlarını təşkil  edib

Bakı. 25 may. REPORT.AZ/ Çinin Urumçi şəhərində Əfqanıstan hökuməti nümayəndələri və "Taliban" hərəkatının keçmiş üzvləri arasında məxfi danışıqlar aparılıb. Bu barədə "Report" "The Wall Street Journal"a istinadən xəbər verir.

"Bu danışıqların keçirilməsi haqqında söhbətlər olub", - bu barədə məlumat verən diplomat bildirib.

Qeyd olunur ki, danışıqların baş tutmasına Pakistan kəşfiyyatı nümayəndələri yardım edib. 

Mayın 19-20-də keçirilən görüşdə həmçinin Çin nümayəndələri də iştirak edib.

Son xəbərlər

Orphus sistemi