KİV: Misirdə irimiqyaslı terror hücumunun qarşısı alınıb

KİV: Misirdə irimiqyaslı terror hücumunun qarşısı alınıb Qahirədə polis partlayıcı quraşdırılmış iki avtomobili zərərsiz hala gətirib
Digər ölkələr
26 Fevral , 2016 15:58
KİV: Misirdə irimiqyaslı terror hücumunun qarşısı alınıb

Bakı. 26 fevral. REPORT.AZ/ Misir təhlükəsizlik qüvvələri Qahirədə naməlum şəxslər tərəfindən polisə qarşı həyata keçirilməsi planlaşdırılan böyük bir terror hücumunun qarşısını alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Misirin "Əl-Youm7" portalı təhlükəsizlik xidmətlərindəki mənbəsinə əsasən polisin partlayıcı quraşdırılmış iki avtomobili zərərsiz hala gətirməsi barədə məlumat verib. Hadisə Misirin paytaxtının əl-Giza rayonunda baş verib. İddiaya görə, naməlum şəxslər bu avtomobillər vasitəsilə polis məntəqəsini partlatmaq istəyib.

"Əl-Youm7" portalı partlayıcı maddə quraşdırılmış avtomobillərin nə vaxt zərərsizləşdirildiyini dəqiqləşdirməyib. Amma o dəqiq bilinir ki, partlayıcıların zərərsizləşdirilməsi üzrə əməliyyat zamanı yaxınlıqda yerləşən yaşayış evlərinin sakinləri təxliyə edilib, rayon polis blokadasına alınıb.

Son xəbərlər

Orphus sistemi