Bakı. 7 iyul. REPORT.AZ/ Liviyanın ikinci böyük şəhəri olan Benqazi ətrafında baş vermiş partlayışda 12 nəfər ölüb, 35-dən çox insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Əl-Vasat" xəbər portalı məlumat yayıb.
Əldə edilən məlumata görə, İŞİD terror qruplaşmasından olan terrorçu-kamikadze partlayıcı maddə yerləşdirilmiş avtomobili partladıb.