Bakı. 19 aprel. REPORT.AZ/ İŞİD terror qruplaşması Cənubi Avropanın kurortlarına hücumlar planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti yazıb.
Nəşrin yazdığına görə, məsələ ilə bağlı İtaliya xüsusi xidmət orqanları almaniyalı həmkarlarına bu barədə məlumat ötürüb.
Həmin məlumata əsasən, terror hücumu ola biləcək yerlər kimi İtaliya, İspaniya və Fransanın cənubu göstərilib.