KİV: İŞİD Əfqanıstanın şimalında yeni baza yaradır

KİV: İŞİD Əfqanıstanın şimalında yeni baza yaradır Hər gün onlarla yaraqlı ailələri ilə birgə Barak rayonuna gəlir
Digər ölkələr
11 Dekabr , 2015 18:22
KİV: İŞİD Əfqanıstanın şimalında yeni baza yaradır

Bakı. 11 dekabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının Əfqanıstandakı qolu ölkənin şimalındakı Baqlan əyalətində yeni baza yaradır.

"Report" TASS-a istinadən xəbər verir ki, hər gün onlarla yaraqlı ailələri ilə birgə əyalətin şimal-qərbindəki dağlıq zonada yerləşən Barak rayonuna gəlir.

Onlar daha öncə "Taliban" hərəkatının nəzarəti altında olan yaşayış məntəqələrində yerləşdirilir.

Son xəbərlər

Orphus sistemi