​KİV: İranın döyüş təyyarələri Suriyada İŞİD-ə qarşı mübarizəyə qoşulacaq

​KİV: İranın döyüş təyyarələri Suriyada İŞİD-ə qarşı mübarizəyə qoşulacaq İranın onlarla "Su-24" bombardmançı, "S-25" hücum və "MiQ-29" qırıcı təyyarələri var
Digər ölkələr
4 Dekabr , 2015 14:05
​KİV: İranın döyüş təyyarələri Suriyada İŞİD-ə qarşı mübarizəyə qoşulacaq

Bakı. 4 dekabr. REPORT.AZ/ İranın Hərbi-Hava Qüvvələri Suriyada İŞİD-ə qarşı əməliyyatlara qoşulur.

"Report" xəbər verir ki, bu haqda "İsrael a-Yom" qəzeti yazıb.

Qəzetin məlumatına görə, İranın onlarla "Su-24" bombardmançı, "S-25" hücum, "MiQ-29" qırıcı və başqa döyüş təyyarələri var.

Qeyd edək ki, İranla Suriyanın ortaq sərhədi yoxdur. İŞİD-ə qarşı mübarizə aparamaq üçün İran təyyarələri İraq və ya Suriya ərazisində yerləşdirilə bilər.

Məlumata görə, İran Bəşşar Əsəd rejiminə silahlı qüvvə və hərbi müşavirlərlə yardım edir. 

Son xəbərlər

Orphus sistemi