KİV: İndoneziya təhlükəsizlik qüvvələri Cakartadakı partlayışlardan sonra dörd yaraqlını məhv edib

KİV: İndoneziya təhlükəsizlik qüvvələri Cakartadakı partlayışlardan sonra dörd yaraqlını məhv edib Yaraqlıların hazırda hadisə yerinin yaxınlığında yerləşən kinoteatrın binasında gizləndiyi güman edilir
Digər ölkələr
14 Yanvar , 2016 12:26
KİV: İndoneziya təhlükəsizlik qüvvələri Cakartadakı partlayışlardan sonra dörd yaraqlını məhv edib

Bakı. 14 yanvar. REPORT.AZ/ İndoneziya paytaxtı Cakartada polis bölmələri və xüsusi təyinatlı dəstə ən azı dörd nəfərin ölümü ilə nəticələnən partlayışlar törədən cinayətkarlara qarşı xüsusi əməliyyat həyata keçirir.

"Report" CNN telekanalına istinadən xəbər verir ki, artıq İndoneziya təhlükəsizlik qüvvələri Cakartanın mərkəzinə zirehli texnikalar yeridib.

"Əl-Cəzirə" telekanalı isə yerli polis nümayəndələrindən birini danışdıra bilib. Polisin sözlərinə görə, yaraqlıların hazırda hadisə yerinin yaxınlığında yerləşən kinoteatrın binasında gizləndiyi güman edilir. Polis artıq ərazini tam boşaldaraq nəzarətə götürüb.

Son xəbərlər

Orphus sistemi