İraqda partlayış nəticəsində 20 hərbçi ölüb

İraqda partlayış nəticəsində 20 hərbçi ölüb Bəycidəki müəssisə sutkada 300 min barrel neft emal edir
Digər ölkələr
19 Avqust , 2015 18:42
İraqda partlayış nəticəsində 20 hərbçi ölüb

Bakı. 19 avqust. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərindən 200 km şimal-qərbdə yerləşən Bəyci şəhərində törədilən partlayış nəticəsində azı 20 hərbçi həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda "əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Qeyd edək ki, Bəycidə İraqın iri neft emalı zavodu yerləşir. Həmin müəssisə sutkada 300 min barrel neft emal edir. 

Son xəbərlər

Orphus sistemi