Bakı. 15 mart. REPORT.AZ/ Livan "Hizbullah"ının yüzlərlə silahlısı Suriya ərazisindən çıxmağa başlayıb.
"Report" xəbər verir ki, bu haqda Livandan olan jurnalist, "Cenubiye" saytının qurucusu Əli əl-Emin "Anadolu" agentliyinə müsahibəsində bildirib.
"Hizbullah"a yaxın bir çox fərqli mənbələrdən öyrəndiyimə görə, qruplaşma Suriyadan yüzlərlə silahlısını geri çəkir. Suriyadan qayıdan silahlılar 3 gündür Livandakı evlərinə gedir", - deyə jurnalist vurğulayıb.
Onun sözlərinə görə, adıçəkilən terrorçu qruplaşma silahlılarını Suriyanın Hələb bölgəsindən çıxarsa da, Dəməşq və Livanla sərhəddə yerləşən Kalamun və Zebedani rayonlarından çıxarmayacaq: "Hizbullah" Suriyadan tamamilə çəkilməyəcəyini rəsmi olaraq açıqlamayacaq".