​KİV: Çin səfirliyinin əməkdaşları Somalidə baş verən terror aktında xəsarət alıb

​KİV: Çin səfirliyinin əməkdaşları Somalidə baş verən terror aktında xəsarət alıb Yaxınlığında avtomobil partladılan "Cəzirə" hotelində Çin, Qətər və Misir səfirlikləri yerləşirdi
Digər ölkələr
27 İyul , 2015 09:55
​KİV: Çin səfirliyinin əməkdaşları Somalidə baş verən terror aktında xəsarət alıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bazar günü Somalinin paytaxtında "Əl-Şabab" ekstremist qruplaşmasının törətdiyi terror aktı nəticəsində Çin səfirliyinin əməkdaşları yaralanıb. Bu barədə "Report" Xinhua agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, yaxınlığında avtomobil partladılan "Cəzirə" hotelində Çin, Qətər və Misir səfirlikləri yerləşirdi.

Terror aktı nəticəsində 13 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.

Hücuma görə məsuliyyəti "Əl-Şabab" qruplaşması öz üzərinə götürüb. Onun liderləri bu terror aktının Somali silahlı qüvvələrinin və Afrika Birliyi Missiyası (AMISOM) kontingentinin ölkənin cənubunda yerləşən radikalların bazalarına edilən hücumlara cavab olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi