​KİV: Çin də Suriyadakı savaşa qatılmağa hazırlaşır

​KİV: Çin də Suriyadakı savaşa qatılmağa hazırlaşır "Milliyet": "Çinin "J-15" döyüş təyyarələri də bombardmanlarda iştirak edəcək "
Digər ölkələr
6 Oktyabr , 2015 12:54
​KİV: Çin də Suriyadakı savaşa qatılmağa hazırlaşır

Bakı. 6 oktyabr. REPORT.AZ/ Çinin Hərbi Hava Qüvvələri Rusiyaya dəstək vermək üçün Suriyadakı əməliyyatlarda iştirak etməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu haqda Türkiyədə çıxan "Milliyet" qəzeti məlumat yayıb.

"Suriyada İŞİD-i vurmaq adı altında keçirilən əməliyyat türkmənlərə, Suriya Azadlıq Ordusu və mülki əhaliyə qarşı yönəlib. Çin bu əməliyyatı aparan Rusiyanın yanında olacaq. Çinin "J-15" döyüş təyyarələri də bombardmanlara qatılacaq", - qəzet yazır.

Məlumata görə, həmin qırıcılar "Liaoning" təyyarə daşıyan gəmisindən uçaraq, Rusiyanın hava həmlələrinə dəstək verəcək. 

Son xəbərlər

Orphus sistemi