​KİV: BMT "Wikileaks"in qurucusuna qarşı iddiaları əsassız sayıb

​KİV: BMT "Wikileaks"in qurucusuna qarşı iddiaları əsassız sayıb Qurumun Culian Assanjın azad olunması ilə bağlı qərarı fevralın 5-də açıqlayacağı gözlənilir
Digər ölkələr
4 Fevral , 2016 14:38
​KİV: BMT Wikileaksin qurucusuna qarşı iddiaları əsassız sayıb

Bakı. 4 fevral. REPORT.AZ/ BMT-nin İşçi Qrupu "Wikileaks"in qurucusu Culian Assanja qarşı irəli sürülən iddiaların əsassız olduğu haqda qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

"Wikileaks"in qurucusu isə bildirmişdi ki, şikayətini araşdıran BMT-nin İşçi Qrupu onun əleyhinə qərar çıxaracağı təqdirdə polisə təslim olacaq.

BMT-nin İşçi Qrupunun qərarı məlum olmamışdan əvvəl C.Assanjın adından yayılan bəyanatda deyilir: "Sabah BMT Böyük Britaniya və İsveçə qarşı qaldırdığım işi uduzduğumu açıqlasa, cümə günü günorta səfirlikdən çıxıb, Britaniya polisinə təslim olacağam. Çünki bundan sonra şikayət etməyin perspektivi də olmayacaq. Amma mən qazansam və dövlətin qanunsuz hərəkət etdiyi təsdiqini tapsa, dərhal pasportumun geri verilməsini və məni saxlamaq cəhdlərinə son qoyulmasını gözləyəcəyəm".

Qeyd edək ki, BMT-nin C.Assanjın azad olunması ilə bağlı qərarı fevralın 5-də açıqlayacağı gözlənilir.

Xatırladaq ki, o, 2012-ci ilin iyunundan Ekvadorun Böyük Britanniyadakı səfirliyinə sığınıb.  

Son xəbərlər

Orphus sistemi