​KİV: "ABŞ-ın hava zərbələri nəticəsində İraqın 30 əsgəri ölüb"

​KİV: "ABŞ-ın hava zərbələri nəticəsində İraqın 30 əsgəri ölüb" İraq parlamenti komitəsinin sədri Hakim əz-Zamli: "Baş nazirdən məsələnin təcili araşdırılmasın tələb etdim"
Digər ölkələr
18 Dekabr , 2015 17:33
​KİV: ABŞ-ın hava zərbələri nəticəsində İraqın 30 əsgəri ölüb

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ-ın hava zərbələri nəticəsində İraq ordusunun azı 30 əsgəri ölüb.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bunu İraq parlamentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin sədri Hakim əz-Zamli bildirib.

"Əl-Fəlluca əyalətinin ən-Naimiyyə şəhərinə ABŞ-ın hava zərbələri nəticəsində İraq ordusu 55-ci briqadasının 30 əsgəri həyatını itirib, 20 hərbçi yaralanıb. Baş nazir Heydər əl-İbadidən tələb etdim ki, İŞİD-ə qarşı uğurlar əldə etmiş 55-ci briqadanın havadan vurulması təcili olaraq araşdırılsın", - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi