Kəşmirdə kütləvi iğtişaşlar nəticəsində 25 nəfər xəsarət alıb

Kəşmirdə kütləvi iğtişaşlar nəticəsində 25 nəfər xəsarət alıb Etirazçılar polis məntəqələri və dəstələrini daşa basıblar
Digər ölkələr
28 Avqust , 2016 06:59
Kəşmirdə kütləvi iğtişaşlar nəticəsində 25 nəfər xəsarət alıb

Bakı. 28 avqust. REPORT.AZ/ Hindistanın şimalında yerləşən Bandipur şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində ən azı 25 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Camu və Kəşmir ştatının polisi məlumat yayıb.

Kəşmir vadisində kütləvi iğtişaş və etirazlar Hindistanda terror təşkilatları siyahısına daxil edilmiş "Hizbul mücahidin" separatçı qruplaşmasının 22 yaşlı fəalı Burhan Müzəffər Vaninin iyulun 8-də öldürülməsindən sonra başlayıb.

Hüqüq-mühafizə orqanlarının məlumatına görə, mitinqçilər Bandipurun eyni zamanda bir neçə rayonunda polis məntəqələri və dəstələrini daşqalaq ediblər.

İyul ayından bu günə kimi polis və etirazçılar arasında mindən çox toqquşma qeydə alınıb. Bəzi yerlərdə polis etirazçılara atəş açmaq məcburiyyətində qalıb. Kəşmirdə komendant saatı tətbiq edilsə də, iyuldan bu yana 70 nəfər ölüb, 6 minə yaxın insan yaralanıb. Təqribən 90 polis məntəqəsi, post və digər hökumət müəssisəsi yandırılıb, iki minə yaxın separatçı saxlanılıb.

Son xəbərlər

Orphus sistemi