​Kəşmirdə kütləvi iğtişaşlar baş verib

​Kəşmirdə kütləvi iğtişaşlar baş verib Polis gözyaşardıcı qaz və rezin dəyənək tətbiq edib
Digər ölkələr
27 Sentyabr , 2015 02:40
​Kəşmirdə kütləvi iğtişaşlar baş verib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Hindistanın Kəşmir ştatında hakimiyyət əleyhinə etiraz aksiyaları keçirilib.

"Report" xəbər verir ki, polis bir neçə yüz nümayişçidən ibarət kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəkdən istifadə edib.

Pakistan Respublikasının bayrağını dalğalandıran etirazçılar Kəşmirin müstəqilliyi haqqında şüarlar səsləndiriblər. Nümayişçilər onların aksiyasına mane olmağa çalışan polisləri daşa basıblar.

Son xəbərlər

Orphus sistemi