Kəşmirdə bir hind polisi öldürülüb, iki nəfər yaralanıb

Kəşmirdə bir hind polisi öldürülüb, iki nəfər yaralanıb Hadisə terrorçuların polis postuna hücumu zamanı baş verib
Digər ölkələr
7 Oktyabr , 2016 21:59
Kəşmirdə bir hind polisi öldürülüb, iki nəfər yaralanıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Cümə günü Hindistanın Cammu və Kəşmir ştatında yaraqlıların polis postuna hücum etməsi nəticəsində ən azı bir asayiş keşikçisi ölüb, bir polis və bir dinc sakin yaralanıb.

"Report" xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Hücum ştatın cənubunda yerləşən Şopian dairəsində baş verib. Bir qrup terrorçu polis postuna hücum edib, daha sonra gizlənib.

Hakimiyyət orqanlarının fikrincə, yaraqlılar silah əldə etmək niyyətində olublar.

Son xəbərlər

Orphus sistemi