​Kəşmirdə atışma: ölən və yaralanan var

​Kəşmirdə atışma: ölən və yaralanan var Hadisənin baş verməsinə görə tərəflər bir-birini ittiham edir
Digər ölkələr
6 Yanvar , 2015 14:42
​Kəşmirdə atışma: ölən və yaralanan var

Bakı. 6 yanvar. REPORT.AZ/ Hindistan hakimiyyəti Kəşmirin Pakistanın nəzarəti altında olan hissəsindən minlərlə hindlinin qaçdığını bildirib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, buna səbəb kimi həmin ərazidəki atışma göstərilib.

Hadisə nəticəsində bir hərbçi ölüb, bir qadın isə ağır yaralanıb.

Məlumatda qeyd edilib ki, bir həftədən artıqdır Kəşmirdə Hindistan və Pakistan hərbçiləri arasında atışma gedir.

Baş verən gərginliyə görə tərəflər bir-birini ittiham edir.

Son xəbərlər

Orphus sistemi