Kerri: "Rusiya və ABŞ bir çox mürəkkəb məsələlər üzrə irəliləyiş əldə edə bilib"

Kerri: "Rusiya və ABŞ bir çox mürəkkəb məsələlər üzrə irəliləyiş əldə edə bilib" ABŞ dövlət katibi Moskvada Rusiya XİN başçısı ilə görüş keçirib
Digər ölkələr
24 Mart , 2016 12:58
Kerri: Rusiya və ABŞ bir çox mürəkkəb məsələlər üzrə irəliləyiş əldə edə bilib

Bakı. 24 mart. REPORT.AZ/ "Rusiya və ABŞ bir çox mürəkkəb məsələlər üzrə irəliləyiş əldə edə bilib".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşün yekunlarına dair açıqlamasında deyib.

Dövlət katibi humanitar yardımın çatdırılması və Suriyadakı şiddətin sona çatması məsələlərində daha çox iş görmək lazım olduğunu bildirib.

C.Kerri Suriyada elan olunan atəşkəs rejiminin hələ "kövrək"dir, lakin ona əməl olunur.

ABŞ dövlət katibi Suriyadakı zorakılıq səviyyəsinin, bəzi hesablamalara görə, 85-90% azaldığını da sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi