Kerri: İŞİD-in məğlub ediləcəyinə əminəm

Kerri: İŞİD-in məğlub ediləcəyinə əminəm Con Kerri deyib ki, İŞİD-ə qarşı vahid cəbhə var
Digər ölkələr
23 Noyabr , 2015 22:05
Kerri: İŞİD-in məğlub ediləcəyinə əminəm

Bakı. 23 noyabr. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri deyib ki, İŞİD-ə qarşı vahid cəbhə var və o, yaraqlı qruplaşmasının məğlub ediləcəyinə əmindir.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Əbu-Dabi səfəri zamanı NBC telekanalının "Today Show" proqramına danışan Kerrinin sözlərinə görə, strategiya qüvvədədir və koalisiyaya rəhbərlik edən ABŞ səylərini artırmaqdadır.

O, habelə deyib ki, Fransa, Livan və Misirdə hücumları həyata keçirən terrorçular İraq və Suriyadakı döyüşçülərdən ilhamlanıblar və koalisiya qüvvələri qarşıdakı günlərdə bu iki ölkədə hava hücumlarının sayını artırmağı planlaşdırır.

Kerri bu açıqlamaları Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə rəsmiləri ilə yaraqlı qruplaşmaya qarşı mübarizəni müzakirə etdiyi bir vaxt verib.

Son xəbərlər

Orphus sistemi