Bakı. 19 yanvar. REPORT.AZ/ "İranın neft istehsalı infrastrukturunun bərpası üçün 500 milyard dollar tələb olunur". "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri jurnalistlərlə söhbəti zamanı ABŞ-ın dövlət katibi Con Kerri açıqlayıb.
Kerri qeyd edib ki, 1981-ci ildə xarici banklarda dondurulmuş 55 milyard dollar həcmindəki vəsait rəsmi Tehrana qaytarılacaq. "Bu pulların müəyyən müddət ərzində İranın Mərkəzi Bankına köçürülməsi nəzərdə tutulub. Lakin onu da qeyd etməliyəm ki, bu məbləğ İranın neft sənayesinin inkişafına çatmayacaq. Tehrana daha çox sərməyə lazımdır", - deyə dövlət katibi vurğulayıb.