Kerri: ABŞ heç vaxt Şimali Koreyanı "nüvə ölkəsi" kimi qəbul etməyəcək

Kerri: ABŞ heç vaxt Şimali Koreyanı "nüvə ölkəsi" kimi qəbul etməyəcək Bu fikri ABŞ dövlət katibi Con Kerri səsləndirib.
Digər ölkələr
16 Sentyabr , 2015 22:36
Kerri: ABŞ heç vaxt Şimali Koreyanı nüvə ölkəsi kimi qəbul etməyəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ ABŞ heç vaxt Şimali Koreyanın nüvə silahına sahib olan dövlətlər siyahısına daxil olmasına müsbət yanaşmayacaq. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Con Kerri səsləndirib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton Şimali Koreyaya tazyiq siyasətini davam etdirəcək: "Pxenyan birmənalı şəkildə beynəlxalq öhdəliklərə əməl etməlidir. Bu baxımdan sanksiyalardan daha ciddi addımlar zəruri ola bilər".

Kerri bildirib ki Şimali Koreyanın nüvə proqramı mövzusu hazırda Rusiya və Çin daxil olmaqla bir sıra dövlətlə müzakirə edilir.

Son xəbərlər

Orphus sistemi