Keniyada universitetə silahlı hücum nəticəsində 147 nəfər ölüb

Keniyada universitetə silahlı hücum nəticəsində 147 nəfər ölüb ​Ölənlər arasında dörd terrorçu da var
Digər ölkələr
3 Aprel , 2015 00:27
Keniyada universitetə silahlı hücum nəticəsində 147 nəfər ölüb

Bakı. 3 aprel. REPORT.AZ/ Keniyada universitetə silahlı hücum nəticəsində 147 nəfər həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hücuma görə məsuliyyəti Somalinin "Əş-Şabab" qruplaşması öz üzərinə götürüb.

Hücum aprelin 2-də səhər saatlarında Keniyanın Qarrisa şəhərində baş verib.

Ölənlər arasında dörd nəfərin terrorçu olduğu bildirilir. Daha bir silahlının qaçarkən yaxalandığı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi