Keniyada partlayış olub, 12 nəfər ölüb

Keniyada partlayış olub, 12 nəfər ölüb Partlayış Keniyanın Somali və Efiopiya ilə sərhəddə yerləşən Mandera şəhərində əcnəbilər üçün hoteldə baş verib
Digər ölkələr
25 Oktyabr , 2016 11:47
Keniyada partlayış olub, 12 nəfər ölüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Keniyanın Somali və Efiopiya ilə sərhəddə yerləşən Mandera şəhərində əcnəbilər üçün hoteldə baş verən partlayışda ən azı 12 nəfər həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerində xilasetmə işləri həyata keçirilir. Artıq dağıntılar altından on nəfər çıxarılıb. Polis hotelin binasına partlayıcı tələ quraşdırılmasından çəkinir.

Hücumun "Əl-Şabab" terror qrupu tərəfindən törədildiyi güman edilir.

Son xəbərlər

Orphus sistemi