Keniyada dünyanın ən böyük qaçqın düşərgəsi bağlanacaq

Keniyada dünyanın ən böyük qaçqın düşərgəsi bağlanacaq Təxminən 600 min adam küçədə qalmalı olacaq
Digər ölkələr
7 May , 2016 09:36
Keniyada dünyanın ən böyük qaçqın düşərgəsi bağlanacaq

Bakı. 7 may. REPORT.AZ/ Keniya hökuməti ölkə ərazisindəki bütün qaçqın düşərgələrini, o cümlədən dünyanın ən böyük qaçqın düşərgəsi olan və 300 minə yaxın insanın sığındığı Dadaabı bağlayacağını açıqlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Keniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Karanca Kibiço məlumat verib.

Nəticədə əsasən vətəndaş müharibəsinin getdiyi Somalidən gələn təxminən 600 min adam küçədə qalmalı olacaq.

Hökumət bu qərarını hazırkı vəziyyətdə qaqqınların saxlanmasının dövlət üçün ağır iqtisadi yük olmasıyla izah edib. 

K.Kibiçonun sözlərinə görə, düşərgələr həm də "Əş-Şabab" terror qruplaşmasının fəallaşması fonunda ölkədə terror təhlükəsini artırırdu. O bu qərarın milli təhlükəsizlik maraqları nəzərə alınaraq verildiyini də əlavə edib.

Son xəbərlər

Orphus sistemi