​Keniya aviaşirkəti Barak Obamanın səfərinə dair məxfi məlumatı dərc edib

​Keniya aviaşirkəti Barak Obamanın səfərinə dair məxfi məlumatı dərc edib Aviaşirkətin işçisi ABŞ prezidentinin paytaxt Nayrobiyə gəliş və gediş vaxtı qeyd olunan elektron məktubları yayıb
Digər ölkələr
23 İyul , 2015 00:43
​Keniya aviaşirkəti Barak Obamanın səfərinə dair məxfi məlumatı dərc edib

Bakı. 23 iyul. REPORT.AZ/ Keniyanın milli aviaşirkəti işində protokol pozuntusuna yol verib. Belə ki, şirkət bu həftə ölkəyə səfər edəcək prezident Barak Obamanın Keniyaya gəliş və gediş vaxtını dərc edib.

"Report"un "Fox News"a istinadən verdiyi xəbərə görə, ölkənin milli aviaşirkətinin işçisi paytaxt Nayrobiyə gələcək ABŞ prezidentinin gəlmə və getmə vaxtı qeyd olunan elektron məktubları yayıb.

ABŞ Dövlət Departamenti xəbərdarlıq edərək bildirib ki, Barak Obamanın iştirak edəcəyi sahibkarlığa dair qlobal sammit terror hücumunun potensial hədəfi ola bilər. 

Son xəbərlər

Orphus sistemi