​Kemeron: “Britaniya Aİ-yə üzvülük məsələsinə yenidən baxa bilər”

​Kemeron: “Britaniya Aİ-yə üzvülük məsələsinə yenidən baxa bilər” Tələblər arasında miqrantlar üçün sosial təminatın alınmasına 4 illik qadağanın qoyulması da var
Digər ölkələr
8 Noyabr , 2015 06:10
​Kemeron: “Britaniya Aİ-yə üzvülük məsələsinə yenidən baxa bilər”

Bakı. 8 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Devid Kemeron avropalı həmkarları Avropa İttifaqına (Aİ) üzvülüyə dair müqavilənin dəyişdirilməsinə razılaşmayacaqları təqdirdə ölkənin Aİ-dən çıxa biləcəyini yenidən bəyan edib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Britaniyanın tələbləri arasında miqrantlar üçün sosial təminatın alınmasına 4 illik qadağa, Avropa İttifaqına üzv olmayan ölkələrin daha ciddi dəstəyi, “sıx ittifaq” siyasətinin məhdudlaşdırılması və milli parlamentlərə Aİ-nin qanunlarını əngəlləmək səlahiyyətlərinin verilməsi var.

Kemeron əmindir ki, lazımi düzəlişlər qəbul olunacaq və onlar Britaniyanı islah olunmuş Avropa İttifaqında saxlaya biləcəklər.

Son xəbərlər

Orphus sistemi