Bakı. 14 aprel. REPORT.AZ/ Kanar adaları yaxınlığında göyərtəsində bir neçə ton neft olan Rusiya tankeri yanır.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hazırda gəmi İspaniyanın Qran-Kanariya adasının 40 kilometrliyindədir.
Qeyd olunur ki, aprelin 12-də həmin regionda Rusiya tankerində yanğın qeydə alındığı məlum olub.