Bakı. 24 avqust. REPORT.AZ/ Kanadanın şimalında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, Monreal şəhərindən 500 kilometr şimalda baş verən qəza zamanı hidroplan topli təyyarədə 6 nəfər pilot və sərnişin olub.
Təyyarənin düşdüyü ehtimal edilən əraziyə xilasedicilər göndərilib.