Kanadada turist avtobusu qəzaya uğrayıb, 26 nəfər xəsarət alıb

Kanadada turist avtobusu qəzaya uğrayıb, 26 nəfər xəsarət alıb Avtobusdakı sərnişinlərin hamısı qocalar olub
Digər ölkələr
15 Oktyabr , 2016 02:40
Kanadada turist avtobusu qəzaya uğrayıb, 26 nəfər xəsarət alıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Kanadada turistləri daşıyan avtobus qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "CBC" telekanalı məlumat yayıb.

Məlumata görə, qəza Ottava şəhəri yaxınlığında baş verib. Hadisə zamanı avtobusda 50 sərnişin olub. 

Hadisə zamanı sərnişinlərdən 26-ı xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Avtobusdakı sərnişinlərin hamısı qocalar olub.

Polisin sözlərinə görə, Dinbiq şəhərinə gedən avtobusun aşma səbəbləri hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi