Kanadada terrorçuluqda şübhəli bilinən şəxslər vətəndaşlıqdan məhrum ediləcək

Kanadada terrorçuluqda şübhəli bilinən şəxslər vətəndaşlıqdan məhrum ediləcək Yeni Miqrasiya Məcəlləsi qüvvəyə minib
Digər ölkələr
30 May , 2015 06:08
Kanadada terrorçuluqda şübhəli bilinən şəxslər vətəndaşlıqdan məhrum ediləcək

Bakı. 30 May. REPORT.AZ/ Kanadada terrorçuluq, xəyanət və casusluq fəaliyyətlərində şübhəli bilinən şəxslərin vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan yeni Miqrasiya Məcəlləsi qüvvəyə minib.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, rəsmilər yeni qanunun kanadalıların təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı bildirib.

Qeyd edək ki, ötən ilin sonunda Ottava və Kvebek bölgələrində Kanadalı hərbçilər hücuma məruz qalmışdı. Bu faktları nəzərə alan rəsmilər qanunvericiliyi sərtləşdirmə qərarını almışdı.

Son xəbərlər

Orphus sistemi